Bakıda yanmış bina sakinlərinə xəbər var
02.06.2015 866 0.0 0

Bu ilin aprel ayının 11-də Bakının Xətai rayonunda yanan bina sakinləri tezliklə evlərinə köçə bilcəklər. Bu barədə Xətai rayon İcra Hakimiyyətinin iqtisadi və sosial təminatı şöbəsinin rəisi Zaməddin Əkbərov  məlumat verib. Onun sözlərinə görə, yanğın nəticəsində ziyan dəyən 60 mənzilin təmiri yekunlaşmaq üzrədir.

“Sabah “ASAN xidmət”in səyyar təşkilatı binanın yanında sakinlərlə görüşəcək. Xidmət tərəfindən kimin nə sənədi yanmışdısa, onların bərpasına köməklik ediləcək. Bundan başqa, Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri vətəndaşlarla görüşəcək. Onların problemləri dinləniləcək. Demək olar ki, artıq hər şey yekunlaşıb. Mənzili yanan sakinlərə 15 min manat kompensasiya verilib. Mənzilləri dövlət hesabına təmir olunub”.

Qeyd edək ki, bu ilin aprel ayının 11-də Bakının Xətai rayonunda 111 mənzil olan binanın fasadından yanğın başalayaıb. Nəticədə 60 mənzil külə dönmüşdü.

Bakıda yanan digər binada da təmir işləri sürətlənib. Binəqədi rayon İcra Hakimiyyətinin mətbuat xidmətini rəhbəri Nuridə Allahyarovanın ANS PRESS-ə verdiyi məlumata görə, Azadlıq Prospektində yanan binanın təmirində heç bir problem yaranmayıb.

“Bina sakinlərinin hamısı yaşayış yeri ilə təmin olunub. Hər gün onların vəziyyətilə maraqlanırıq. Hansısa problem yaranarsa, çalışırıq ki, köməklik edək. Binanın əsaslı təmiri də sürətlənib. Çalışılacaq ki, 5 ay müddətinə bina təmir olunsun və sakinlərə təhvil verilsin”, - deyə Nuridə Allahyarova bildirib.

Qeyd edək ki, bu ilin may ayının 19-da Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binası yanıb. Hadisə nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar