Bakıda xadimə 9 bıçaq zərbəsi ilə qətlə yetirilib
28.12.2016 1360 0
Bakıda xəstəxanada xadimə işləyən qadın qətlə yetirilib.
Bu barədə Xəzər Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, Ağcabədi rayon sakini, 24 yaşlı Elçin Hüseynov keçmiş qaynanası 45 yaşlı Fərqanə Mürsəlovanın işlədiyi 7 saylı Vərəm Əleyhinə Dispanserə gələrək onunla mübahisə edib. Burada o, özü il gətirdiyi bıçaqla F.Mürsəlovanın bədəninin müxtəlif nahiyələrinə 9 bıçaq zərbəsi vuraraq onu öldürüb.
Qətli törədən E. Hüseynov tutulub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilib. /Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər