Bakıda xəstəxananın həyətində kişi meyiti tapılıb
26.10.2016 931 0
Bakıda xəstəxananın həyətində meyit tapılıb.
Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının həyətində üzərində zorakılıq əlamətləri olmayan 30-35 yaşlı kişi meyiti aşkarlanıb.
Hadisə barədə polisə məlumat verilib. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Rəşad Rəşid oğlu Cəbiyev olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər