Bakıda xəstəxanada intihar hadisəsi baş verib
25.11.2016 599 0.0 0

Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar baş verib.

Məlumata görə, 64 yaşlı Yuri Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən ataraq intihar edib.

Faktı “Report”a təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay əvvəl səhiyyə müəssisəsində müalicə alıb: “Lakin Yuri Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb”.

Qeyd edək ki, intihar edən şəxsin meyiti morqa təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar