Bu gün Bakının Xəzər rayonunda vərəm dispanserində kütləvi dava olub.
Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat səhər saat 06 radələrində qeydə alınıb.
Buzovna qəsəbəsində yerləşən 7 saylı vərəm dispanserində müalicə olunan, Qazaxıstan vətəndaşı, 1960-cı il təvəllüdlü Əjdər İsa oğlu İsmayılov otaq yoldaşı, 1969-cu il təvəllüdlü Vahid Camal oğlu Muradov və 1986-cı il təvəllüdlü Elşən Təyyar oğlu İsmayılovla dalaşıb.
Dava zamanı o, bıçaq götürərək otaq yoldaşlarını vurub. Aldığı bıçaq zərbəsində V. Muradov hadisə yerində ölüb, E. İsmayılov isə ağır xəsarət alıb.
İşi araşdıran bölmənin təhqiqatçısı, polis baş leytenantı Natiq Abdullayevin verdiyi məlumata görə, məhbuslar mübahisə ediblər. Mübahisəyə səbəb Əjdər İsmayılovun dəfələrlə Vahid Muradov tərəfində ələ salınması olub. Tənələrdən və ona edilən rişxənddən cana doyan Əjdər İsmayılov etirazını bildirib. Bunun nəticəsində isə söyülüb.
Nəticədə Əjdər İsmayılov bıçağa əl atıb.
Qeyd edək ki, Vahid Muradov əvvəllər məhkumluq həyatı yaşayıbmış. Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. Hadisəni törədən Ə. İsmayılov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb./anspress/