Bakıda üzərinə benzin tökərək özünü yandıran gənc ölüb
06.03.2017 892 0
Bakıda 4 gün əvvəl üzərinə benzin tökərək özünü yandıran gənc ölüb.
Məlumata görə, 28 yaşlı Fəttahov Zahid Hacı oğlu Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.
Qeyd edək ki, martın 2-də Z.Fəttahov Maştağa qəsəbəsində yaşadığı evdə ailə-məişət zəminində mübahisə zamanı intihar etmək məqsədi ilə üzərinə benzin tökərək özünü yandırmışdı.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər