Bakıda Universitetlərdən birinin fəaliyyəti dayandırıldı
08.09.2015 812 0
Universitetin tələbələri digər ali məktəblərdə yerləşdiriləcək
Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və hal-hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Təhsil Nazirliyi tərəfindən Universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.
Tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaq. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər