Bakıda toya dəvətsiz gələn şəxs döyülüb
07.12.2016 979 0.0 0

Bakıda toy mərasiminə dəvət olunmadan gələn şəxs döyülüb.

Məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Dəniz" şadlıq sarayında qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Əzimov Mübariz Famil oğlu tanımadığı şəxsin toy mərasimində iştirak edib. O, yeyib-içdikdən sonra qonaqlarla mübahisə edib. "Çağırılmamış qonaq" elə bəyin qohumları tərəfindən döyülərək həyətə çıxarılıb.

Ağır xəsarət alan M.Əzimov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, M.Əzimov hadisə vaxtı sərxoş olub.

Faktla bağlı araşdırma aparılıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar