Bakıda torpağın qiymətləri qalxıb
05.04.2015 801 0.0 0

2015-ci ilin fevral ayında Bakının torpaq bazarında qiymətlər ötən ilin

analoji dövrü ilə müqayisədə 5,15 faiz artıb. Qazeta.info bildirir ki, bunu

Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət

İbrahimov deyib.

 

Onun sözlərinə görə, 2015-ci ilin yanvar ayında torpaq sahələrinin

qiymətində artım cəmi 0,6 faiz olub: “Bakıda mənzil bazarında qiymətlər

çox yüksəkdir, buna görə də bir çoxlarının paytaxtda mənzil almağa

imkanı çatmır. Son iki il ərzində əksər potensial alıcılar birinci və ikinci

mənzil bazarından torpaq bazarına keçiblər”.

 

Şirkət rəhbərinin fikrincə, kiçik torpaq sahəsi alaraq 60-70 min manata bir

və ya ikimərtəbəli ev tikmək mənzil üçün böyük məbləğ ödəməkdən daha

sərfəlidir: “Mənzil alarkən birbaşa pul ödəmək lazım gəlir. Amma 10 min

manata kiçik torpaq sahəsi almaq və iki-üç il ərzində orada ev tikmək

mümkündür. Bir çoxuna bu variant daha münasibdir”.

 

N.İbrahimov bildirib ki, mənzillərin kirayəsi bazarındakı vəziyyət tamam

başqa cürdür – yanvar ayında mənzil kirayəsi üzrə orta qiymət 4,5 faiz

aşağı düşüb: “Yanvar ayında kirayə qiyməti 1,5 faiz qalxsa da, fevral

ayında 2014-cü ilin analoji dövrü ilə müqayisədə 4,5 faiz ucuzlaşma

müşahidə olundu. Məsələ ondadır ki, ilin ilk üç ayı kirayə bazarında

mövsümi aylar deyil. Bu bazarda canlanma yay mövsümünün sonunda,

sentyabr-oktyabr aylarında olacaq”.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar