Bakıda törədilən qətlin üstü açılıb
16.08.2016 595 0
Bakıda qətl törədən şəxs həbs edilib.
DİN-in saytına istinadən verilən məlumata görə, avqustun 14-də Nəsimi rayonu ərazisində - Moskva prospektindən üzərində zorakılıq əlamətləri (kəsici-deşici alətlə yetirilmə xarakterli) olan 20-25 yaşlı kişi meyiti tapılıb.
Nəsimi rayon 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən qətlə yetirilənin Bakı şəhər sakini Vidadi Məmmədov olması müəyyən edilib. Araşdırmalar zamanı həmin gün V.Məmmədovla paytaxt sakini Ümid Məmmədov arasında münaqişə baş verməsi və onların bir-birinə bıçaqla xəsarət yetirmələri müəyyən edilib. Ü.Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər