Bakıda tikilməkdə olan bina uçub
09.12.2017 875 0
Bakının N. Nərimanov rayonunda tikilməkdə olan binanın bir hissəsi uçub.
APA-nın verdiyi xəbərə görə, Koroğlu Rəhimov küçəsi 13 ünvanında, Odlar Yurdu Universitetinin əlavə korpusunda beton töküləndən sonra binanın 4-cü mərtəbəsinin bir hissəsi dağılıb.
Beton günorta saatlarında tökülüb.
Hadisə yerinə xilasedicilər cəlb edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, hadisə nəticəsində yaxınlıqda yaşayan 17 yaşlı Gövhər Nəcəfovanın səhhəti pisləşib. Hadisə yerinə təcili-tibbi yardım çağırılıb, ona tibbi yardım göstərilib, vəziyyəti normaldır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər