Bakıda tanınmış iş adamının toya hazırlaşan oğlu qəfildən ölüb
02.12.2016 1160 0.0 0

Bakıda tanınmış iş adamının gənc oğlu qəfildən dünyasını dəyişib.

Qazeta.info "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində körpünün üzərində qeydə alınıb.

Belə ki, 20 yaşlı Əliyev Asim Nəriman oğlu qardaşı Şəhriyar Əliyev ilə birlikdə 10 SL 222 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə hərəkət edərkən qəfildən halı pisləşib. A.Əliyev hava almaq üçün qardaşından avtomobili saxlamasını xahiş edib. O, körpünün üzərində dayanarkən qəfildən yıxılıb. Ş.Əliyev qardaşını xəstəxanaya çatdırıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin dediyinə görə o, infarkt keçirib.

Qeyd edək ki, A.Əliyev "Qarabağ Broyler MMC"nin və "Şəhriyar" şadlıq sarayının sahibi Nəriman Əliyevin oğludur. Dekabrın 10-da A.Əliyevin toy məclisi olacaqdı. Onun nişanlısı yüksək vəzifəli polis əməkdaşının qızıdır.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar