Bakıda təcili yardımın əməkdaşı intihara cəhd edib
02.08.2017 640 0
Bakıda intihara cəhd hadisəsi baş verib.
Məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Mir Cəlal Paşayev küçəsi 36 ünvanında yerləşən beşmərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 53 yaşlı Barat Mahmudov özünü pəncərədən yerə atıb. Lakin o, həyətdəki ağacın budağına ilişib.
B.Mahmudov 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun döş qəfəsinin qabırğa sümüklərinin sındığını bildiriblər.
B.Mahmudovun vəziyyəti kafi qiymətləndirilir. Qeyd edək ki, o, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sürücüsüdür.
Faktla bağlı araşdırma aparılır. /Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər