Bakıda şirkətin kassası qarət edilib
18.02.2016 562 0
Bakıda şirkətin kassası qarət edilib.
Daxili İşlər Nazirliyinin saytına istinadən verilən məlumata görə, ötən il sentyabrın 21-dən cari il fevralın 17-dək olan müddətdə Nəsimi rayonu ərazisindəki “Royal Ekspress” MMC-nin kassasından 2555 manat və 1050 dollar pul oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş orada işləyən Lerik rayon sakini Vüqar Xosrofov saxlanılıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər