Bakıda sayılıb-seçilən ailənin gəlini özünü asdı
26.03.2015 1144 0.0 0

Bu gecə Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. 

Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsindən verilən məlumata görə, hadisə Ş.Mustafayev küçəsi 42/44 ünvanında qeydə alınıb.

Verilən məlumata görə, qeyd edilən ünvanda ağacdan asılmış qadın meyiti tapılıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Araşdırmalar zamanı meyitin 33 yaşlı Pərvanə Firudin qızı Abdullayevaya məxsus olduğu məlum olub. Məlum olub ki, qadın özünü ağacdan asıb.

Qeyd edək ki, ailəli olan Pərvanə Abdullayeva 3 uşaq anasıdır. Onun sayılıb-seçilən ailələrdən birinin gəlini olduğu deyilir. Hələlik baş verən intihar hadisəsinin səbəbləri məlum deyil./anspress/

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar