Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
26.12.2016 986 0
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 25-də saat 07 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Balaxanı qəsəbə sakini Qabil Ələkbərov idarə etdiyi "Otoyol" markalı 105 saylı xətt avtobusu ilə yolu keçən Lerik rayon sakini Zəminə Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər