Bakıda sənədi tapılan erməninin atası danışdı
14.06.2016 1718 0.0 0

Bu gün Bakıda tapılan sürücülük vəsiqəsinin aprelin əvvəlində Qarabağda ölmüş podpolkovnik Aleksan Arakelyana məxsus olduğu təsdiqlənib.

Məlumata görə, bu barədə podpolkovnikin atası Qevorq Arakelyan NEWS.am portalına danışıb.

Qevorq Arakelyan erməni mətbuatına sənədin aprel döyüşlərində həlak olan oğlu podpolkovnik Aleksan Arakelyana məxsus olduğunu bildirib. "Bütün məlumatlar uyğun gəlir. Sürücülük vəsiqəsindən başqa azərbaycanlılar həmçinin bütün sənədlərini, saatını, pulunu, mənim Alikimin maşınının açarlarını götürüblər", - deyə Qevorq Arakelyanı bıldirib.

 

 

Ermənistan vətəndaşına məxsus sənəd Bakının Sabunçu rayonunda tapılıb. Sənəd Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 8 ünvanının qarşısında, orada yaşayan sakin tərəfindən tapılıb və Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə verilib. 
Sənədin Ermənistan vətəndaşı, 1982-ci il təvəllüdlü Aleksan Arakelyana məxsus olduğu bildirilir. Sürücülük vəsiqəsi Aleksan Arakelyana 27 avqust 2014-cü ildə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən verilib. Sürücülük vəsiqəsi “RG 052597” nömrəli BC kateqoriyalıdır.

Ermənistan vətəndaşına məxsus sənədin tapılması faktı Daxili İşlər Nazirliyi vəDövlət Təhlükəsizliyi Xidmətindən təsdiqlənib. Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, Bakıda Ermənistan vətəndaşına məxsus sənədin tapılması barədə hazırda araşdırmalar aparılır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar