Bakıda səfirlik avtomobili qəzaya düşüb
04.10.2017 613 0
ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb.
Məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində qeydə alınıb. Bakı şəhər sakini Lala Hüseynlinin idarə etdiyi “KİA” markalı avtomobil ABŞ-ın Bakıdakı səfirliyinə məxsus, Katerina Karridianın idarə etdiyi “Honda” markalı, 006 D 004 dövlət qeydiyyat nişanlı maşına çırpılıb. Səfirliyə məxsus avtomobil zərbənin təsirində qabaqda hərəkətdə olan, Anar Nəbiyevin idarə etdiyi “Honda” markalı maşına dəyib.
Qəza nəticəsində xəsarət alan olmayıb. Hər üç avtomobilə ziyan dəyib.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər