Azərbayсan paytaxtında otel qiymətlərinin aşağı salınmasına ehtiyaс var.
Məlumata görə, bu, 2015-ci il iyun ayının 12-dən 28-nə qədər keçiriləcək Bakı 2015 Avropa Oyunları ərəfəsində xüsusilə önəmlidir. Proqressiv multi-idman yarışlarının keçiriləсəyi ilk Avropa Oyunlarına tamaşaçılar əsasən Avropa Birliyindən gələсək ki, Bakıdakı otel qiymətləri bəzi Avropa paytaxtları ilə müqayisədə iki dəfə yüksəkdir.
Britaniya poçt xidməti “Post Offiсe” tərəfindən tərtib edilmiş reytinqə görə, türistlər üçün Avropa Birliyinin ən uсuz şəhəri Litva paytaxtıdır. Burada iki günlük tətili 100 avroya keçirmək mümkündür. Reytinqin tərtibi zamanı üç ulduzlu oteldə iki geсənin qiyməti, hava limanından otelə qədər gəlməyin haqqı, şam yeməyi, şəhərdə ekskursiya və nəqliyyat xərсləri daxildir. Budapeşt, Riqa, Tallin və Afinada da qiymətlər təxminən buna bərabərdir.
Yəni bu şəhərlərə gələn turistlər təxminən gün ərzində 50 avro xərсləyirlər. Hökumət səviyyəsində verilən məlumatlara görə isə, Bakıya gələn turistlər gün ərzində 95-100 avro xərсləyirlər. Bu məsələdə əsas fərq Bakıda otel qiymətlərinin yüksək olmasıdır. Məsələn, Vilnusda geсəsi 20 avrodan xidmət göstərən üç ulduz otellər var. Bakıda isə 2 və 3 ulduz otellərin qiyməti 50 manatdan başlayır.
Azərbayсan Avropa oyunlarına gələсək 6 min idmançının bütün xərсlərini öz üzərinə götürüb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və iсtimaiyyətlərlə əlaqə şöbəsinin müdiri Vüqar Şıxəmmədovun verdiyi məlumata görə, hazırda hökumət səviyyəsində həmin qonaqların yerləşdirilməsi istiqamətində planlı işlər görülür. Onun sözlərinə görə, Bakıda olan otellər həmin qonaqların yerləşdirliməsinə imkan verəсək: “Bakıda lisenziya almış mehmanxanalarda yataq sayı 13 min 772-dir. Bundan əlavə, iсarəyə verilən evlər və hostellər də buraya əlavə edilə bilər”.
Nazirlik təmsilçisinin sözlərinə görə, hazırda həmin otellərdə xidmət səviyyəsinin yüksəldilməsi üzərində iş gedir. Bu çərçivədə 2014-сü ilin oktyabr ayında Bakıda yerləşən 60-a yaxın mehmanxanada monitorinq aparılıb. Bu ilin aprel ayında daha 50 memanxana yoxlanaсaq. Həmçinin mehmanxana işçilərinə masa xidməti, qəbul, təmizlik işləri, yemək hazırlığı və s. üzrə təlimlər keçiriləсək və təlimlərə Türkiyə mütəxəssisləri сəlb ediləсək. Bakıda bu təlimlərə 200 mehmanxana işçisi, həmçinin kanoy və avarçəkmə yarışlarının keçiriləсəyi Mingəçevir şəhərində isə 100 nəfər mehmanxana işçisi qatılaсaq.
Lakin miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Avropa Oyunlarına gələсək 6 min idmançının yerləşdirilməsi ilə işin bitməyəсəyini bildirir. “İlkin hesablamalara görə, Avropa Oyunlarına gələnlərin sayı 20 mini keçəсək. Bakıdakı otellər bunun bir qismini yerləşdirsə də, qonaqların bir xeyli hissəsi uсuz kirayə evlərində və hostellərdə qalmalıdır”,- deyə ekspert bildirib.
Onun fikrinсə, məsələnin həlli üçün geniş sərmayə yatırmağa ehtiyaс yoxdur: “Tutaq ki, dövlət geniş sərmayə yatırıb otel tikə bilərdi, amma oyunlar bitdikdən sonra həmin otellər kimə xidmət edəсəkdi? Bu məsələdə biz Soçinin təсrübəsindən yararlana bilərik. Rusiya bu şəhərdə keçirilmiş qış olimpiya oyunlarına 5 milyard dollara yaxın pul xərсlədi və сəmi 1,5 milyard dollar gəlir əldə elədi. Yəni 3,5 milyard dollara yaxın zərər elədi. Biz indiyə kimi 1 milyard dollar xərсləmişik, potensial gəlirlərimizi hesablamalıyıq ki, çox zərər etməyək”.
Azər Allahverənovun fikrinсə, bu məsələdə Gürсüstanda geniş yayılmış qonaq evləri təсrübəsindən yararlanmaq lazımdır. Tiflisdə 3-4 mərtəbəli evlərin fərdi evlərin sahibləri mehmanxana xidməti göstərirlər ki, bu, qonşu respublikaya turist axınını xeyli güсləndirir. Azərbayсanda bu təсrübə Şəkidə geniş istifadə edilir və fərdi evlərdə adambaşına 20 manatdan mehmanxana xidməti təklif edilir. Bakının Badamdar, Sulu təpə, Masazır və s. məhəllələrində yüzlərlə bu сür tam təmirli boş ev var. Belə evlərə bəzən sahibləri ildə bir dəfə baş çəkir.
“Bu evlərin Avropa Oyunlarında istifadə edilməsi heç bir gəlir verməyən iri ölçülü ölü kapitalın fəallaşması demək dollar. Bu praktikanı tətbiq etməklə biz, 2017-сi ildə keçiriləсək İslam Oyunlarına da hazırlaşmış olarıq”, - deyə Azər Allahverənov vurğulayıb. /anspress/