Bakıda qızıl medal qazanan türk idmançıya şok
16.06.2015 781 0.0 0

Bakıda qızıl medal qazanan türk idmançını əsgər aparmırlar. 

Ensonhaber-ə istinadən verilən məlumata görə, bunu Bakı 2015 Avropa Oyunlarından qızıl medal qazanan türkiyəli yunan-Roma güləşçisi Rza Kayaalp deyib. Rzaya hərbi xidmət görə, bədənin normalara uyğun olmadığı üçün yararsız olduğu deyilib. O, da bundan əsəbiləşib və bu qərarla razılaşmayıb: “Çəki və boyuma görə yararsız olduğumu deyə bilərdilər mənə. Bunu bilirdim, amma ki, fiziki göstəricilərim və idmançı olduğum üçün inanmırdım məni qəbul etməsinlər. Babam əsgərliyə getməyimi çox istəyirdi. Bu onun arzusu idi. Çünki onun da babaları Mərsində, Çanaqqalada vuruşub, şəhid olublar. Mən də əsgərliyə gedəcəyimə dair 92 yaşlı babama söz verdim. Bunun üçün yararsız olmaq istəmədim. Mənə yararsız olduğumu deyəndə onlara 10 əsgərə bərabər olduğumu, 130 kq olmağıma baxmayaraq 10 km məsafəni rahat qaça biləcəyimi bildirdim. Həm də ki, fiziki göstəricilərimin də normal olduğunu bildirib müayinələrdən keçdim. Zaman göstərəcək nə qərar verildiyi barədə”.

Xatırladaq ki, türk yunan-Roma güləşçisi Rza Kayaalp Avropa Oyunlarında qızıl medal qazanıb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar