Bakıda qiyməti dəyişməyən bazarların ünvanı
26.12.2015 736 0.0 0

Bu gündən başlayaraq paytaxtın 5 rayonunda bayram yarmarkaları təşkil edilib. Artıq ənənə halına çevrilən bu tədbir istehlakçıların seçim imkanlarını artırmaq, süni qiymət artımının qarşısını almaq üçündür.

Məlumata görə, yarmarkalar Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığıyla Bakının 5 ünvanında - Binəqədi rayonu üzrə Dərnəgüldə, Xətai rayonu üzrə "Bakı" kinoteatrının yanında, Nərimanov rayonu üzrə Keşlə bazarı yaxınlığında, Səbail rayonu üzrə Badamdar qəsəbəsində, Suraxanı rayonu üzrə Əmircan qəsəbəsində keçiriləcək. Yarmarkalara 45-ə yaxın rayondan kənd təsərrüfatı o cümlədən emal zavodlarının məhsulları gətirilir.

 


Xətaidə təşkil olunan yarmarka 

 

Qazeta.info bildirir ki, AnsPress Yarmarkalardakı qiymətlərin bazarla müqayisədə nə qədər ucuz olub olmadığını öyrənmək üçün Xətai rayonunda təşkil olunan ən böyük yarmarka araşdırma aparıb. Müşahidələr onu göstərib ki, bazardan fərqli olaraq alıcı burada eyni məhsulu həm ucuz, həm də baha qiymətə əldə edə bilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin  verdiyi məlumata görə, yarmarkada qiymətlər bazardakılardan 20-30% ucuzdur. Onların sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi ilə birgə ümumi bazarlarda monitorinqlər aparılıb. Həmin nəticələr əsasında da yarmarkalarda qiymətlər müəyyənləşdirilib. 

 

 

Məhsulların qiymətinə gəlincə məsələn marketlərdə pomidor-xiyarın 1 kiloqramı 3-4 manata satılırsa, yarmarkada 1 -2 manata almaq mümkündür. Kartof-soğan 60qəp - 1 manat, göyərtinin 6-7 dəstəsi 1 manata satılırdı. Meyvələrin qiyməti də növlərinə görə müxtəlifdir. Məsələn, almanın kiloqramı Bakı dükanlarında 80 qəpik, 1 manata satıldığı halda yarmarkada 50, 40 qəp, makismum 1 manatadır. Armud 2-3 manat, mandarin 1-1.50 manat ,heyva 1 manat, narın kilosu 1-2 manat arasında dəyişir. Çərəzlərdən qoz-fındıqı 3-6 , şabalıdı 5-6 manata almaq mümkündür. 

 

 

Ət məhsullarına gəlincə kənd toyugu 2,5 - 4 manat arası, mal və qoyun əti 5-6 manata, hinduşka əti 7 manata satılır. Diri hinduşka isə 12 manata bazara çıxarılıb. Kənd yumurtasının bir ədədi isə alıcıya 15 qəpiyə təklif edilir. Balıqların da qiyməti növündən asılı olaraq dəyişir, ən ucuz balıq 1 man 20 qəp, ən baha 6-7 manata satılır.

 

 

 

Satıcılar onlardan yer pulu tələb olunmadığı üçün məhsulları belə ucuz satdıqlarını desələr də alıcılar bu fikirlə razılaşmır, yarmarkadakı qiymətlərin bazardakılardan bir fərqi olmadığını bildirirlər. Müşahidələrimiz zamanı narazılıq edənlər də az deyildi. Alıcıları narazı salan əsasən də yerli məhsulların qiymətindəki artım idi.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Murtuzəli Hacıyevin sözlərinə görə, bu il yarmarkalara çıxarılan məhsulların qiymətində da heç bir artım yoxdur. Səhər saatlarında sadəcə yumurtanın qiymətində 2 qəpik süni artım olub, o da aradan qaldırılıb.

 

"Qiymətlərə tərəfimizdən nəzarət olunur, kim süni şəkildə qimət artımına yol verərsə, o yarmarkadan uzaqlaşdırılacaq. Yarmarkalarda kənd təsərrüfatı nazirliyi yanında dövlət bayatarlıq xidmətinin fitiosanitar qrupunun əməkdaşları da işləyir, səyyar labaratoriyalar təşkil olunub. Bura gətirilən məhsulların keyfiyyəti yoxlanıldıqdan sonra buraxılır. Hazırda yarmarkaya Quba, Salyan, Cəlilabad, Ağdaş, Masallı, Sabirabaddan kənd təsərrüfatı məhsulları gətirilib. Dekabrın 31-dək onların sayı artırılacaq. Həmçinin İİN razılığı ilə yerli şirkətlər də öz məhsullarını təqdim edib. Ötən illərdən fərqli olaraq bu il həm də sənaye istehsalı məhsullar bazara çıxarılıb və heç bir süni artım olmadan - öz qiymətinə satılır. Vətəndaşlardan xahişimiz odur ki, qiymətlərlə bağlı hər hansı bir problemlə qarşılaşdıqda bizə muraciət etsinlər."

 


Murtuzəli Hacıyev - Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi 

 

Bayram yarmarkaları dekabrın 26-dan 31-dək hər gün keçiriləcək. Nazirlik bu addımla bayramqabağı bazarlarda hökm sürəcək bahalaşmanın qarşısını almağı nəzərdə tutub. Hazırda yarmarkaya Quba, Salyan, Cəlilabad, Ağdaş, Masallı, Sabirabaddan kənd təsərrüfatı məhsulları gətirilib. Dekabrın 31-dək onların sayı artırılacaq. Həmçinin İİN razılığı ilə yerli şirkətlər də öz məhsullarını təqdim edəcəklər.

Ötən ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Xətai rayonunda Bayram Yarmarkası təşkil olunmuşdu.Yarmarkada 300-a yaxın ton bazara çıxarılmışdı. Məhsullar əsasən Quba, Qusar, Salyan, Şabran, Lənkəran, Astara, Oğuz, Gədəbəy, Sabirabad və digər rayonlardan gətirilimişdi. Yarmarka ötən il də 5 gün davam etmişdi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar