Bakıda qaqdın qadını bıçaqlayıb
23.01.2017 1008 0.0 0

Binəqədi rayonu ərazisində kafe sahibəsi bıçaqlanıb.

 

Qazeta.info Salamnews-un məlumatına əsasən bildirir ki, hadisə səhərə yaxın "Arpaçay" kafesində qeydə alınıb. Kafe sahibi 32 yaşlı Kərimova Xəyalə Qurban qızı kafenin müştərisi Xəyalə adlı qadın tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını ilə 1 nömrəli xəstəxanaya gətirilib. İlkin müayinələr zamanı 32 yaşlı qadında sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası aşkar edilib. Yaralı cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən qadın saxlanılıb və ilkin izahatı alınıb. Məlum olub ki, o, hadisəni törədərkən içkili vəziyyətdə olub. İnsident zamanı onunla birgə gələn Cəlal və Tərlan adlı şəxslər də kafeni yararsız hala salıblar.

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində təhqiqat araşdırmaları aparılıb və material istintaq şöbəsinə göndərilib. İstintaq şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar