Bu gün günorta saatlarında Nizami rayonu ərazisində yerləşən yaşayış binasının 5-ci mərtəbəsində bir qadın intihara cəhd edib.
Qazeta.info Musavat.com-un məlumatına əsasən bildirir ki, qadının intihara cəhd etməsinə səbəbin ailə mübahisənin olduğu bildirilir.
Qadın təxminən 30 dəqiqədən artıq bir müddətdə eyvandan asılı vəziyyətdə qalıb. Qadın özünü aşağı atmaq istəsə də, onu qonşuların sayəsində xilas etmək mümkün olub.
Bu müddət ərzində ətrafda yaşayan insanlar onun başını qataraq, intihardan vaz keçirməyə cəhd ediblər.
Qonşuların dediyinə görə, bu, həmin qadının ikinci cəhdidir. Bundan əvvəl o, bir dəfə gecə radələrində özünü eyvandan atmaq istəyib, ancaq qonşuların yalvar-yaxarıyla onu fikrindən daşındırmaq mümkün olub.
Əldə etdiyimiz xəbərə görə, qadın artıq atası evinə aparılıb.