Bakıda qadını döyən kişi həbs edilib.
Bakı şəhər Prokurorluğu mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, Sabunçu rayonunun Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək xəsarət alması faktına görə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyinin tapşırığına əsasən Bakı şəhər Prokurorluğunda davam etdirilir.
Aparılmış istintaq zamanı cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2 (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.6 (əzab vermə, işgəncə verilməklə törədildikdə) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələrinə tövsif edilib və R.Mehdiyevə həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir./apa/