Bakıda qadın və uşaq qarpız yedikdən sonra ölüb
25.07.2016 2015 0
Bakıda azyaşlı qarpızdan zəhərlənərək ölüb.
Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, iyulun 24-də Binəqədi rayonu ərazisində yaşayan azyaşlı Adil Həşimov qidadan (qarpız) zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.
Oxşar hadisə paytaxtın Nizami rayonunda da qeydə alınıb. Həmin ərazidə yaşayan Marina Nəcmuddinova qarpızdan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər