Bakıda qadın sürücü avtomobillə piyadanı vurdu
20.11.2015 520 0.0 0

Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Məlumata görə, yolu keçmək istəyən piyada Tofiq Məhərrəmovu “KIA” markalı nəqliyyat vasitəsi Xətai rayonunun Nobel prospektinə düşən hissəsində vurub. Sonradan avtomobilin sürücüsü bu barədə Təcili tibbi yardım xidmətinə məlumat verib. Xəsarət almış Tofiq Məhərrəmov həmin xidmətin avtomobili ilə xəstəxanaya çatdırılıb və ona həkim yardımı göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü polis tərəfindən saxlanılıb və Xətai rayon polis idarəsinin istintaq şöbəsinə dəvət olunub. Onun avtomobili isə cərimə meydançasına yerləşdirilib. Avtoqəza ilə əlaqədar avtotexniki ekspertizanın təyin ediləcəyi də istisna deyil./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar