Bakıda qadın özünü asdı
07.09.2015 771 0.0 0

Paytaxtda intihar baş verib. Hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, Kazımovski küçəsində qeydə alınan hadisə zamanı 1986-cı il təvəllüdlü Nigar Fazil qızı Mustafayeva yaşadığı mənzildə özünü asıb.

Onun meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Canına qəsd edən 29 yaşlı qadın ailəli olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bundan əvvəl də paytaxtda intihar hadisəsi baş vermişdi. Səbail rayonu Salyan yolu keçəsi ev 2, mənzil 60 B ünvanında yaşayan 1974-cü il təvəllüdlü Dilşad Abbas qızı Babayeva əri ilə mübahisə etdikdən sonra özünü asmışdı./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar