Bakıda qəzaya düşən 400 minlik avtomobili kim sürürmüş? - AD AÇIQLANDI
02.03.2017 2380 0
Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Qazeta.info Lent.az-ın əldə etdiyi məlumata əsasən bildirir ki, Sabit Orucov küçəsi 15 ünvanının qarşısında 1966-cı il təvəllüdlü Quliyev Ceyhun Mirzəağa oğlunun sürdüyü "Bentley" ilə, 1991-ci il təvəllüdlü Əliyev Fərid Eyvaz oğlunun sürdüyü "KİA"nın toqquşması nəticəsində hər iki sürücü xəsarət alıb. Bundan başqa "KİA"nın sərnişini olan Aytən Quliyeva və Hülya İsgəndərzadə də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, "Bentley" markalı avtomobillərin yenisinin qiymətləri 400-450 min manatdan başlayır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər