Bakıda psixoloqun evindən 170 min dollar oğurlandı
27.07.2015 684 0
Azərbaycan paytaxtında mənzildən külli miqdarda pul və qızı-zinət əşyaları oğurlamaqda təqsirləndirilən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də Qismət Qismətzadənin evindən içərisində 170000 ABŞ dolları pul və 7000 manat dəyərində qızıl əşyalar olan çantanı oğurlayan Bakı şəhər sakini Mehdi Məmmədov tutulub.
Qeyd edək ki, Qismət Qismətzadə tanınmış psixoloqdur. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər