Bakıda piyadanı vurub öldürən sürücü taılıb
09.08.2015 514 0.0 0

Paytaxtın Nəsimi rayonunun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü  müəyyən edilərək məsuliyyətə cəlb olunmuşdur.

Qazeta.info Baş Purokurorluğun məlumatına əsasən bildirir ki, avqustun 7-də saat 04:30-da rayonun A.Mustafayev küçəsi 3007-ci məhəllənin qarşısında naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Namazov Məzahir Sədi oğlunu vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “VAZ 21725” markalı AZ 04-BL-046 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ağcabədi rayonu, Hindarx kənd sakini, 1992-ci il təvəllüdlü Rüstəmov Xalıq Allahverən oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunmuşdur.  

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar