BAKIDA PARTLAYICI MADDƏ HƏYACANI
18.08.2014 1834 0.0 0

Kliniki Tibbi Mərkəzin yaxınlığında partlayıcı maddə aşkarlanıb

Bu gün günorta saatlarında Bakının Nəsimi rayonu ərazisində, Mirqasımov küç, 1 küçəsində həyəcanlı anlar yaşanıb. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Kliniki Tibbi Mərkəzin yaxınlığında partlayıcı maddə aşkarlanıb.

Məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Halalr Nazirliyinin Xüsusi Riskli Xilasetmə Dəstəsinin xilasediciləri yollanıb.

Ərazidə olan əhali evakuasiya olunub. Partlayıcı maddə zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//
ANS PRESS


Teqlər:BAKIDA PARTLAYICI MADDƏ HƏYACANI

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar