Bakıda özünü dənizə atan gənc şairin meyiti tapılıb
09.01.2018 2154 1.0 0

Yanvarın 8-də. saat 16:45 radələrində bulvarda özünü dənizə atan gənc şair, Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlunun meyiti tapılıb.

 

Qazeta.info FHN-in mətbuat xidmətinə istinadla bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08 yanvar 2018-ci il tarixində 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batmışdır.

Yanvarın 9-da C.Məlikovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən batdığı yerdən 300 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.​


Teqlər:özünü dənizə atan gənc şair

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar