Bakıda oğul atasını qətlə yetirib, sonra yandırdı
03.02.2018 1021 0
Bakıda oğul atasını bıçaqlayaraq qətlə yetirib, sonra meyitini yandırıb.
Qazeta.info “Report”-a istinadla xəbərinə görə, hadisə Xəzər rayonunun Zirə qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan Azər Əliyev adlı şəxsə aid ev yanıb. Həmin evdə onun qardaşı, 1961-ci il təvəllüdlü İbrahim Əliyevin meyiti aşkarlanıb. Araşdırma zamanı İ.Əliyevin yanmazdan əvvəl bıçaqlandığı məlum olub. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun oğlu 21 yaşlı Elməddin Əliyev, həmçinin 42 yaşı Vəlican Dadaşov və 26 yaşlı Nəcməddin Vəliyev tutulub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər