Bakıda nazirlik binasında faciə
18.12.2015 645 0
Bakıda dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, 1998-ci il təvəllüdlü Esmira İlqar qızı Əhmədova Səhiyyə Nazirliyinin Yasamal rayonu Zərdabi küçəsində yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılıb.
17 yaşlı qız liftin 1-ci mərtəbəsində dayanmış vəziyyətdə olan liftin damına düşüb. O, təcili olaraq ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin müayinə nəticəsində E.Əhmədovanın çoxsaylı sınıq xəsarətləri aldığı və vəziyyətinin çox ağır olduğu məlum olub.
17 yaşlı E.Əhmədova 1 saylı Tibb Texnikumunun tələbəsi olub.
Hazırda faktla bağlı araşdırmalar aparılır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər