Bakıda müəllim şagirdi döydü, valideyin polisə şikayət etdi-Foto
14.02.2015 812 0
Polis ərizə ilə bağlı araşdırma aparır
Bakı şəhər sakini övladının məktəbdə döyülməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.
İdarədən verilən məlumata görə, Sabunçu rayon sakini Nuranə Həsənova fevralın 10-da 12-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, 7-ci sinif şagirdi olan oğlu Orxan Həsənov təhsil aldığı 90 saylı orta məktəbdə bədən tərbiyəsi müəllimi Emil Cəbrayılov tərəfindən döyülüb.
Polisdən vətəndaşın ərizəsi ilə bağlı araşdırma aparıldığı bildirilib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər