Bakının Fəvvarələr meydanında Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı şəhəri Mədəniyyət və Turizm idarəsi tərəfindən birgə təşkil olunacaq Novruz festivalında regional musiqi və xalq yaradıcılığı kollektivləri ilə yanaşı tanınmış müğənnilər iştirak edəcək.
Qazeta.info Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən bildirir ki, eyni zamanda bayram günlərində meydanda təşkil ediləcək yarmarkaya qatılacaq xarici turistlər və yerli sakinlər ölkəmizin mətbəxini, sənətkalıq nümunələrini yaxından tanımaq imkanı əldə edəcəklər.
Meydanda fərqli formalarda əyləncəli tədbirlər təşkil olunacaq ki, qonaqlar bayram əhvalını tam mənasında yaşaya bilsinlər.
Bir sözlə bayram günlərində sakinlərimizi və turistləri öz asudə vaxtlarını Novruz festivalında keçirməyə dəvət edirik.
Novruz festivalı martın 20-də 11:00-da başlanacaq və martın 25-də 23:00-da bitəcək.