Bakıda maşını xarab olan qadına görün nə etdilər
29.04.2015 1045 0.0 0

Bakıda qadına qarşı cinayət törətmiş şəxslər yaxalanıb.  Bakı şəhər Baş Polis İdarəsinə istinadla verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi (RPİ) 21-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 6-da günorta saatlarında “Nissan-Tida” markalı avtomobilin mühərrikində yaranan nasazlığa görə Füzuli küçəsində dayanan Bakı şəhər sakini Ülviyyə Təhməzovaya kömək məqsədilə yaxınlaşaraq avtomobildən 70 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib. Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Taleh Arif oğlu Xaliqov və 1992-ci il təvəlüldü Ülvi Rafik oğlu Hənifəyev müəyyən olunaraq tutulub. Şübhəli şəxslərdən Ü.Hənifəyevdən üzərindən 2.307 qram tiryək aşkar olunaraq götürülüb.Araşdırmalar davam etdirilir./lent.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar