Bakıda marşrut avtobusunu daşa basan şagirdlər tapılıb
29.01.2016 443 0.0 0

“Baku Bus”un avtobusunu daşa basan orta məktəb şagirdləri və onların valideynləri barəsində tədbir görülüb.

 

Bakı şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, yanvarın 23-də saat 18.00 radələrində Nəsimi rayonu ərazisində - Azadlıq prospektində "Baku Bus" MMC-yə məxsus "İveco" markalı avtobusun şüşəsi sındırılıb.

 

Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin paytaxtdakı 132 saylı orta məktəbinin 2 şagirdi olması müəyyən edilib və vurulmuş ziyanın azyşalıların valideynləri tərəfindən ödətdirilməsi təmin olunub.

 

Həmçinin övladlarına lazımi nəzarət etmədiklərinə görə onların haqqında müvafiq tədbir görülüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar