Bakıda sərnişin avtobusu ölümlə nəticələnən yol qəzası törədib. Qazeta.info Lent.az-ın məlumatına əsasən bildirir ki, Binəqədi rayonu ərazisində, Mehdiabada gedən yolda 10 TG 551 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yolu keçmək istəyən kişini vurub. Ağır xəsarət almış 46 yaşlı piyada xəstəxanaya aparılsa da, dünyasını dəyişib.
Bildirək ki, Daxili İşlər Nazirliyi də Bakıda sərnişin avtobusunun törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb.Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verilir ki, mayın 18-də saat 16 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsində Abşeron rayon sakini Əliyoldaş Dadaşov idarə etdiyi “Daewoo” markalı 155 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Arif Ziyadovu vurub. Piyada hadisə yerində ölüb.