Bakıda marketlər niyə bağlandı?
22.02.2015 739 0.0 0
Qazeta.info bildirir ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə valyuta məzənnələrində dəyişikliklər edilib. 1 avronun rəsmi məzənnəsi 1.19 AZN, 1 ABŞ dollarının rəsmi məzənnəsi isə 1.05 AZN səviyyəsində müəyyən edilib. 
 
Bununla da ölkəyə dollar və avro ilə idxal olunan məhsulların qiymətində 30 faizlik artım proqnozlaşdırılırdı. Artıq bu gün dən etibarən bahalaşma start götürüb.Qeyd edilən məsələ ilə əlaqədar vəziyyəti araşdırmaq  üçün şəhərin bir sıra iri marketlərində müşahidə apardıq.Apardığımız müşahidələrdə bir sıra marketlərin tamam bağlanmasını müşahidə etməklə yanaşı açıq marketlərdə isə qiymətlərdə 20-25 faizə yaxın bahalaşma müşahidə olunur.Maqaza sahibləri ilə apardığımız söhbət əsnasında bəlli oldu ki, Azərbaycandakı bütün market və buna bənzər xidmətlə məşqul olan şəxslərdə həftənin birinci günündən yəni 23 fevral tarixindən ölkədə rəsmən bahalaşmanın baş verməsi haqda gəzən söhbətlərdən dolayı bəziləri qiymətləri qaldırsalar da bəziləri isə marketlərini bağlayaraq məhsulları bahalaşmasını gözləmək qərarını veriblər.

Xatırladaq ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirilib və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar