Bakıda mənzillər ucuzlaşıb
18.08.2017 667 0
Bu ilin iyul ayında həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə azalma müşahidə olunub.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, təkrar mənzil bazarında qiymətlərdə azalma ay ərzində 4,29 faiz təşkil edib. İl ərzində isə azalma 2,55 faiz olub.
İlkin mənzil bazarında isə ay ərzində qiymətlərdə 4,94 faiz azalma olsa da, il ərzində 16,46 faiz artım müşahidə olunub.
Ekspert vurğulayıb ki, ucuzlaşma yay mövsümü ilə əlaqədardır və müvəqqəti xarakter daşıyır. Onun sözlərinə görə, sentyabrdan başlayaraq bazarda canlanma və qiymət artımı gözlənilir./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər