Bakıda məktəbli qız özünü asıb
07.10.2016 863 0.0 0

Bakıda daha bir intihar hadisəsi baş verib.

 

Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Xocahəsən qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yaşayan, 2001-ci il təvəllüdlü Aygün Qubad qızı Qəniyeva yaşadığı evin pəncərəsindən özünü asaraq öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

Qeyd edək ki, A. Qəniyeva 6 saylı Laçın şəhər orta məktəbinin 9-cu sinfində oxuyurmuş./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar