Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanır
05.01.2016 617 0.0 0

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb.
 
Məlumata görə, hadisə bu gün saat 15.00 radələrində paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsi 148 ünvanında yerləşən beş mərtəbəli yataqxana binasındakı mənzillərdən birində qeydə alınıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar