Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.
Məlumata görə, Xətai rayonunda 27 mənzildən ibarət, hər mərtəbəsi 400 m2 olan, ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə, ümumi sahəsi 70 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 5 m2 sahədə, 2-ci mərtəbədə ümumi sahəsi 70 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə və ümumi sahəsi 70 m2 olan digər 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, yanan binada əsasən Zəngilan, Füzuli, Ağdam və Laçın rayonundan olan məcburi köçkünlər məskunlaşıb.
(yanğınla bağlı fotolar sosial şəbəkələrdən götürülüb)/Report/