Bakıda kütləvi yoluxucu xəstəlik yayılıb
19.07.2016 1442 0
Daha çox uşaqlarda təsadüf olunan, hava-damcı yolu ilə keçən bu infeksion xəstəliyin əlamətlərinə əsasən Suraxanı, Sabunçu rayonlarında rast gəlinir. Başlıca əlaməti yüksək temperatur və dəridə səpkilərin yaranması hesab edilən suçiçəyi xəstəliyinə Sabunçu rayonunun Zabrat, Sabunçu qəsəbələrində, habelə Suraxanı rayonunun Qaraçuxur və Hövsan qəsəbələrində yaşayan azyaşlılar yoluxublar.
Publika.az-ın məlumatına görə, bu qəsəbələrdə yaşayan uşaqlarda yüksək temperatur, üşütmə və ya qusma halı, ayaqlarda, oynaqlarda ağrı, halsızlıq, iştahsızlıq kimi hallara rast gəlinir. Bu səbəbdən də valideynlər azyaşlı övladlarını uşaq bağçalarına göndərməkdən imtina ediblər. Xəstəliyə yoluxanlar arasında hətta yeniyetmələrə də rast gəlinir.
Qeyd edək ki, bu xəstəlik adətən on yaşdan kiçik uşaqlarda daha çox yayılır. Ekspertlər bildirirlər ki, suçiçəyi keçici infeksion xəstəlik sayılır. Orqanizm bu virusa qarşı nə qədər immunitet yaratmış olsa da, müəyyən bir zamanda yenə də xəstəliyə tutulma ehtimalı var. /bizimyo.info/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər