Bakıda kütləvi dava olub, yaralanan var
23.01.2016 955 0.0 0

Bakının Yasamal rayonunda kütləvi dava olub.

 

Məlumata görə, hadisə Şərifzadə küçəsində baş verib.

 

Dostları ilə toydan çıxan 33 yaşlı Elgiz Şakir oğlu Mehdiyevin naməlum şəxslərlə mübahisəsi düşüb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Dava zamanı həmin şəxslərdən biri üzərində gəzdirdiyi bıçaqla Elgiz Mehdiyevin kürək nahiyəsindən zərbə endirib. Yaralı dostları tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

 

Hadisə barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat verilib. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam edir./apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar