Bakıda kütləvi dava olub, xəsarət alanlar var
23.05.2016 2300 0.0 0

Bakıda kütləvi dava olub.

 

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən verilən məlumata görə, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Seymur Kamil oğlu Babayev, 1993-cü il təvəllüdlü İxtiyar Yusif oğlu Məmmədov, 1991-ci il təvəllüdlü Tərlan Şamil oğlu Quliyev və 1975-ci il təvəllüdlü Gülnarə İbrahim qızı Babayevanın iştirak etdiyi davada onlar bir-birilərinə xəsarət yetiriblər. Dava iştirakçılarından T. Quliyev və İ. Məmmədov xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar