Bakıda kütləvi dava olub, iki nəfər bıçaqlanıb
01.03.2017 853 0.0 0

Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb.

Məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Biləcəri qəsəbəsində 1989-cu il təvəllüdlü Hüseynov Elnur Yusif oğlu və dostu Röyal Məmmədov küçədə naməlum 3 nəfər tərəfindən döyülüb. Naməlum şəxlərdən biri üzərində gəzdirdiyi bıçaqla E.Hüseynovun bədən nahiyəsinə R.Məmmədovun isə ayağına zərbə vurub. Daha sonra həmin şəxslər hadisə yerini tərk ediblər.

Yaralılar küçədəki şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışına başlayıb. Xəsarət alan hər iki şəxsin izahatı alınıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar