Bakıda kütləvi dava olub, 3 polis əməkdaşı yaralanıb
02.02.2016 688 0.0 0

Bakıda kütləvi dava olub.
 
Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə fevralın 1-dən 2-ə keçən gecə rayon ərazisində fəaliyyət göstərən “Emin” kafesində qeydə alınıb.
 
Beyləqan rayon sakinləri – Dəyanət Muradov, İlham Məmmədov və Fariz Məlikov sərxoş vəziyyətdə dalaşıblar. Hadisə yerinə polis çağırılıb. Sərxoş şəxslər əraziyə gələn polis əməkdaşları - polis kapitanı Ağaəli Əkbər oğlu Ələkbərova, polis serjantları Elnur Elman oğlu Şərifov və Bəxtiyar Şahlar oğlu Abbasova xəsarət yetiriblər. Hadisəni törədən şəxslər tutulub.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar