Bakıda kişi keçmiş arvadını güllələyib, sonra özünü öldürdü
06.04.2022 413 0.0 0

Şəxsin keçmiş arvadını qəsdən öldürməsi, daha sonra intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Qazeta.info Baş Prokurorluğun məlumatına istinadla bildirir ki, aprelin 06-sı Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü Misri Xəlilova və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla Misri Xəlilovanın keçmiş əri Rasim Xəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Misri Xəlilovanı qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır. 

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar